Markov: “TV-lər yalan deyir, Tramp da yaxşı bilir ki, kimyəvi silahı Əsəd yox, “Ən-Nüsrə” işlədib”

0
314060

“Müasir dünyada həqiqətin yerini medianın göstərdikləri tutub”

VOİCEPRESS xəbər verir ki, Rusiya Federasiyasının İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə komissiyalarası işçi qrupunun sədri Sergey Markov bu gün öz “feysbuk” səhifəsində ABŞ-ın Suriyaya hücumu ilə bağlı fikirlərini qeyd edib: “Zənnimcə, Tramp kimyəvi hücumun Əsəd yox, “Ən Nüsrə” tərəfindən təşkil edildiyini bilir. Amma teletəsvir aydın göstərir ki, günahkar Əsəddir. Tramp da bilir ki, müasir dünyada həqiqət TV-də olanlardır. Və Tramp çevik və sərt qərar qəbul edir və bu qərar onun iki il ərzində və son günlərdə danışdıqları ilə kəskin ziddiyyətt təşkil edir. Lakin bu qərar ona öz maraqlarını reallaşdırmaq imkanı verir. TV-dəki təsvirin reallıqdan vacib olduğu yeni dünya belə qurulub”.

Rusiyalı jurnalist, şərhçi, Londondakı Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunun üzvü, 2002—2009-cu illərdə BBC-nin rus xidmətinin Moskva bürosunun redaktoru işləmiş, “Kommersant” radiostansiyasının və “Dojd” telekanalının aparıcısı olan Konstantin Eqqert də Suriya dövlətinin öz ərazisində yerləşən hərbi qüvvələrinə ABŞ-ın hücumu barədə fikrini öz “Feysbuk” səhifəsində bildirib:

“Suriyaya zərbənin ciddi nəticələri olacaq:

1. Fərsiz Obamadan fərqli olaraq, Tramp öz “qırmızı xətt”ini qəti şəkildə çəkdi və dərhal o xəttin keçilməsinə görə cəza verdi.

2. Amerika Yaxın Şərqə – yalnız gücə hörmət edilən və ABŞ-a nifrət bəslənən, amma onsuz heç cür keçinilməyən regiona geri döndü.

3. Artıq İsrail, Səudiyyə Ərəbistanı və İsrail Əsədə zərbələr endiyilməsini alqışlayırlar. Obama bu müttəfiqləri özündən uzaqlaşdırmışdı, lakin Trampın administrasiyası onlarla çox fəal işləyir, bu da öz bəhrəsini verəcək.

4. Rusiya-Türkiyə-İranın Yaxın Şərqdəki üçlü idarəsi son aylarda təhlükə altındadır. Tillerson Ankaraya gedib və Ərdoğanla danışaraq onun kimin müttəfiqi olduğunu xatırladıb. Bu isə Moskva üçün xoşagəlməz xəbərdir.

5. Aşkar görünür ki, Trampın xarici siyasət üzrə müşavirləri vəzifəsinə generallar Mattis və Makmaster və zərurət üzündən onlara yapışıdırılmış Reks Tillerson təsdiqləniblər. Bu insanlar Moskvaya münasibətdə heç bir simpatiyaya və illüziyalara malik deyillər

6. Tramp öz Yaxın Şərq gündəmini hazırlayacaq və arzu edənlətə ona qoşulmağı təklif edəcək. Moskvanın üç

fəaliyyət variantı var: a) Nizamlanma işində ABŞ-ın fəxri baş tərəfdaşı olmağa razılıq vermək – yəni ikinci skripka ilə müşayiətçi olmaq; b) Öz xəttini qoruyub saxlamaq və regionda Amerika ilə toqquşmağa hazır olmaq; v) Sakitcə və nəzərə çarpmadan getmək. V) variantının qəbul edilməzliyi aydın məsələdir. Yoldaş Qromıkonun ən yaxşı ənələrəinə sadiq qalaraq,

a) və b) variantlarının kombinasiyasını seçəcəklər ki, bu da ancaq hamını qıcıqlandıracaq və effektsiz olacaq. Daha bir tövsiyə-işarəmiz belədir: “oğlanlarla rəqs eləmək” barədə zarafat bu vəziyyətdə əks effekt verə bilər.

7. Ən xoşagəlməzi də mümkündür: sən demə, siyasi hissiyatından savayı, Donald Trampın insani hissləri də var imiş. O qətlə yetirilmiş uşaqların göstərildiyi kadrlardan sarsılmış ola bilər. Arsızlığı beynəlxalq münasibətlərin ali forması hesab edəblər üçün bu, pis xəbərdir.

8. Bircə yaxşı xəbər var – neft bahalaşıb”.

Qeyd edək ki, eks-prezident Obama hələ 2012-ci ildə kimyəvi silahlara qarşı qırmızı xətt çəkəcəyini demiş, lakin bu tipli hadisələr baş verdikdə heç nə eləməmişdi.

Əgər kimyəvi qırğını həqiqətən də 11 sentyabr hadisələrini həyata keçirməklə İraqın işğalına yol açmış “Əl Qaidə” təşkilatının bir qolu olan “Ən Nüsra” cəbhəsi törədibsə, o zaman İraq ssenarisinin təkrarlanacağını – yəni Suriyanın da ABŞ tərəfindən işğal ediləcəyini söyləmək olar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here