Marin Le Penin reytinqi teraktdan sonra artıb

0
313798

Fransada prezidentliyə namizəd olan Marin Le Penin reytinqi “Yelisey çölləri”ndəki terror aktından sonra artıb.

VOİCEPRESS bildirir ki, terror aktından dərhal sonra keçirilən sorğu göstərib ki, seçicilərin 23 faizi Le Peni dəstəkləyir. Bundan əvvəl ekspertlər Le Penin seçkiqabağı reytinqinin bir qədər düşməsini qeyd etmişdilər.

Məlumatda deyilir ki, Fransada prezident seçkilərinin ilk turu ərəfəsində Emmanuel Makron sorğuların lideri olaraq qalır. Sorğu göstərir ki, seçicilərin 24,5 faizi Makronu dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-ü, 2-ci turu isə mayın 7-si keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here