Marin Le Pen 47, Emmanuel Makron isə 42 departamentdə səsvermədə liderdir

0
314309

Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ölkənin 47 departamentində səsvermədə liderlik edir.

VOİCEPRESS-in məlumatına görə, bunu Fransa prezidentliyinə namizəd M.L.Penin seçki kampaniyasının rəhbəri David Raşlin bəyan edib.

O bildirib ki, M.L.Penin rəqibi, sabiq iqtisadiyyat naziri Emmanuel Makron isə 42 departamentdə səsvermədə liderliyi ələ keçirib:

“Bu, prezident seçkilərində dinamikanı nümayiş etdirir və tarixi nəticədir”.

Qeyd edək ki, “İrəli” hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here