Maradona yapon şirkətini məhkəməyə verir

0
314021

Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona “Pro Evolution Soccer”in (PES) yaradıcıları ilə məhkəmə çəkişməsinə hazırlaşır.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, buna səbəb oyunçunun təsvirinin zərurət olmadan istifadəsidir:

“Dünən öyrəndim ki, yapon şirkəti “Konami” PES 17 oyununda mənim təsvirimdən istifadə edir. Təəssüf, mənim vəkilim məhkəmə iddiası ilə işə başlayır. Ümid edirəm ki, bunlar növbəti fırıldaqçılar deyil”.

Maradona öz milli komandasının heyətində 1986-ci ildə dünya çempionu olub. Həmin turnirin ən yaxşı oyunçusu kimi “Qızıl top” alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here