Daha əvvəl əlində müqəddəs “Qurani Kərim” kitabı ilə görünən, Türkiyəyə gəldikdə isə başını örtən amerikalı kino və teatr aktrisası, müğənni Lindsi Lohan geyimi ilə növbəti dəfə pərəstişkarlarını təəccübləndirib.
VOİCEPRESS-in məlumatına görə, L.Lohan Taylandda olarkən müsəlmanlara çimərlikdə geyinməyə icazə verilən paltarda fotolarını paylaşıb.
Hollivud ulduzunun bu paylaşımı onun islam dinini qəbul etdiyinə dair xəbərlərin yenidən yayılmasına səbəb olub.
Lohan daha əvvəl hicabda şəklini paylaşıb, Böyük Britaniyada yayımlanan “Sabahın xeyir, Britaniya” verilişində Qurani-Kərim oxuduğunu bildirib.
VOİCEPRESS.AZ