Lenin Moreno qalib gəlib

0
313668

Ekvadorda keçirilən ikinci tur prezident seçkilərində solçu “Alyans PAİS” partiyasının namizədi Lenin Moreno qalib gəlib.

VOİCEPRESS xarici KİV-nə istinadən xəbər verir ki, bülletenlərin 94 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi 51,07% səs toplayıb.

Onun rəqibi, sağ qüvvələrin vahid namizədi Qilyermo Lassoya seçicilərin 48,93%-i səs verib. Son məlumata əsasən, Q.Lasso səslərin yenidən sayılmasını tələb edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here