Kürdəmirdə şəhidlərin xatirəsinə həsr olunmuş məktəblilər arasında Tir atıcılığı üzrə rayon turniri keçirilib

0
290341

Aprelin 3-də Gənclər evində Kürdəmir rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə rayonun 25 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdlərinin iştirakı ilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Baş leytenant Əbu Bəkr İsmayılovun və Gizir Tural Qurbanovun xarirəsinə həsr olunmuş idmanın Tir atıcılığı növü uzrə rayon turniri keçirilib.

VOİCEPRESS xəbər verir ki, turnirdən öncə Şəhidlərimizin anım mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev və təhsil şöbəsinin metodisti Mehman Osmanov öz cıxişlarında məktəblilərə Baş leytenant Əbu Bəkr İsmayılovun və Gizir Tural Qurbanovun aprel döyüşlərində göstərdikləri qəhramanlıqlardan soz açdılar. Onlar bildirdilər ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri idi.
Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd edib ki, aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik, yüksək əhval-ruhiyə nümayiş etdirməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin aprel ayında dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini azad etdi, Ağdərə-Madagiz istiqamətində yolları nəzarətə götürdü, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən geri aldı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə üç rəngli bayrağımız bu yuksəkliklərdə dalğalanmağa başladı.

Yarışda komanda birinciliyində Çöhranlı kənd tam orta məktəbi I yeri, şəhər 6 saylı tam orta məktəbi II yeri , Şəhər 2 saylı tam orta məktəbinin komandası III yerə layiq görüldülər. Şəxsi birincilik üzrə sərast atıcıliqları ilə fərqlənən Şəhər 6 saylı tam orta məktəbin şagirdi Ömərov Rafiq I yerə, şəhər 2 saylı tam orta məktəbin şagırdi Məhərrəmov Ramin II yeri qazanıblar.
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here