Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib

26 Aprel, 19:20

Aprelin 26-da rayon İcra Hakimiyyətinin akt zalında Çernobıl faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqının Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov və bir qrup Çernobıl əlilləri iştirak ediblər.

VOİCEPRESS xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların və Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Prezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
Tədbirdə Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqının Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl iştirakçılarına pul mükafatı verildi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here