Külək nə vaxt dəyanacaq?- ETSN-dən açıqlama

0
314320

Son günlər ölkədə davam edən hava şəraiti aprelin 26-dan etibarən sabitləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova VOİCEPRESS-ə açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti bu gün və sabah davam edəcək:
“Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək. Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunda isə yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir.”

Qurum rəsmisi onu da bildirdi ki, meteohəssas insanlar bu günlərdə diqqətli olmalıdır: “Bu gün və sabah günorta satlarında xəzri küləyinin güclənməsi atmosfer təzyiqinin yüksəlməsi ilə müşayət olunacaq ki, bu da meteohəssas insanlar üçün əlverişsiz hesab olunur.”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here