Kredit götürmək imkanları genişlənir

0
313818

Kredit götürmək imkanları genişlənir. Çünki kreditin müqabilində qoyacağınız girovların sayı artır. Hətta kredit təşkilatları mal-qaranı, avtomobil və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.
VOİCEPRESS
xezerxeber.az-a istinadən bildirir ki, bu, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsində əksini tapıb. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ehtimal olunur ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayı 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here