Kolumbiyada fövqəladə vəziyyət elan olunub

4 Aprel, 09:09

Kolumbiya hökuməti ölkədə baş verən daşqınlar səbəbindən sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.

VOİCEPRESS bildirir ki, bunu ölkə prezidenti Xuan Manuel Santos deyib.
“Biz Nazirlər Şurasında bir neçə qərar qəbul etdik. Birincisi, büdcəyə dəyişiklik etmək və eləcə də, fəlakətin nəticələri ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə vəsaiti yenidən bölüşdürmək üçün sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etməkdir”, – deyə o, televiziya ilə müraciətində bildirib.
Daşqınlar nəticəsində 262 nəfərin öldüyü, bir o qədər insanın yaralandığı bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here