Kolumbiyada daşqında 102 uşaq ölüb

0
314086

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatda deyilir.

Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.

Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi – İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here