Kəmaləddin Heydərov ona müraciət edən çarəsiz ataya yardım etdi

29 Aprel, 05:04

İnsanlara xas olan keyfiyyətlərdən biri də yardım etmək,çarəsiz insanlara bacardığı qədər kömək göstərməkdir. Kimisi bu keyfiyyətlərdən insanlıq naminə,kimisi öz məqsədlərinə görə,kimisi də ümumiyyətlə bu keyfiyyətlərdən uzaq olanlardır.

Həmişə xalqa yaxın olan,onların problemləri ilə maraqlanan,hər bir insana xüsusi diqqətlə yanaşan FHN-naziri, gözəl insan Kəmaləddin Heydərov insani keyfiyyətləri ilə seçilən məmurlarımızdandır.Məhz buna görə də problemi olan hər bir vətəndaş ürəklə Kəmaləddin Heydərova yaxınlaşıb dərdini deyə bilib. O da öz növbəsində hər zaman insanlara əl tutur,kömək edir,lakin çox yardımlarını insanlara bildirmir, çünki etdiyi yaxşılıqları göz önünə gətirməyəcək qədər təvəzökar insandır.

Kəmaləddin Heydərovla bağlı bir hadisəni nəzərinizə çatdırmağı, birinin həyatını xilas edən,ona yaşamaq üçün verilən ikinci bir şansın gerçəkləşməsinə yardım edən insanı tanıtmağı özümüzə borc bildik.

Kəmaləddin Heydərova vaxtıykən bir çarəsiz ata müraciət edir, qızının xəstəliyi ilə əlaqədar dəstək istəyir. Kəmaləddin Heydərov da heç düşünmədən həmin çarəsiz ataya dəstək olur və yardım edir. Bu hadisə uzun müddət bundan qabaq olan əhvalatdır, lakin Heydərov reklamı sevmədiyi üçün bu hadisə o qədərdə bildirilmir insanlara. Kəmaləddin Heydərovun neçə-neçə xeyirxah işlər gördüyü onu tanıyanlara yaxşı məlumdur.

Hər zaman ehtiyacı olanların yanında olan belə bir böyük ürəyə sahib insana Allahdan can sağlığı arzulayırıq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here