Kitabxana təsdiqlədi – İxtisarlar edilib: 5 şöbə birləşdirilib

0
314324

Məsələyə rəsmi münasibət öyrənmək üçün M.F.Axundov adına Milli kitabxana ilə əlaqə saxladıq.

Axundov kitabxanasından Elmi katib Cəfərova Əminə işin həcminə görə ixtisarların getdiyini bildirib:

“Bəli ixtisarlar olur, şöbələr birləşdirilir. Heç kəs işsiz qalmır, heç kəs bayıra atılmır. Yəni şöbədisə birləşdirlib, bölmə olub. 5 şöbə birləşdirilib, 2 şöbə olub. Bu dəqiqə bütün respublikada gedən prosesdir. Bir daha vurğulayıram ki, heç kəs işdən çıxarılmayıb. İlin günün bu vaxtı kimi işdən çıxartmaq olar”.

Elmi katib əlavə edib ki, kitabxanada, sadəcə, şöbələr birləşdirilib:

“Günün tələbinə cavab verən bölmələr yaranıb. Bu gün funksiyasını itirmiş adı olub, özü olmayan bölmələr var idi ki, onlar ləğv olunub, struktur dəyişikliyi edilib. Ləğv edilən şöbələrin işçiləri, birləşdirilən şöbə və bölmələrdə işlərlə təmin olunacaqlar. Heç kəsin işdən çıxarılması ilə bağlı söhbət belə getmir”.

12:49

Mirzə Fətəli Axundov adına Milli kitabxana da ixtisarlara başlanılıb.

VOİCEPRESS a24.az-a istinadən xəbər verir ki, kitabxana da qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib.

Məlumatda, həmçinin o da qeyd olunub ki, bir çox işçi aprel və may aylarında öz hesablarına məzuniyyətə göndərilirlər. İşçilərə 10 günlük məzuniyyət deyilsə də, bu dəqiq deyil.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here