Kimdən ABŞ-a parad cavabı: “Zərbənə zərbə vurarıq!” – VİDEO

0
313727

Bu gün Şimali Koreya Xalq- Demokratik Respublikasıda ölkənin banisi və ilk rəhbəri Kim İr Senin anadan olmasının 105 illiyi qeyd olunur.

“Günəş Günü” adlanan bayramda hər il olduğu kimi, bu gün də Pxenyanda hərbi parad keçirilib.

VOİCEPRESS Reuters-ə istinadən bildirir ki, paradı Şimali Koreya lideri Kim Çen In qəbul edib.

Paradda çıxıq edərkən Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Çhve Rön He deyib: “ABŞ-ın hər hansı sərsəm addımına, təxribatına Şimali Koreya sarsıdıcı nüvə zərbəsi ilə cavab verəcək. Ədalətli nüvə silahımız ilə ABŞ-ın nüvə silahını məhv edəcəyik. Total savaşa total savaşla, nüvə zərbələrinə nüvə zərbələri ilə cavab verəcəyik”

Paradda ilk dəfə olaraq Şimali Koreyanın sualtı qayıqları təchiz edəcəyi KNR-15 “Pukkuksong-2” ballistik raketləri nümayiş olunub.

Tribunada Kim Çen Inın yanında duran şəxslərdən biri də ölkənin Dövlət Təhlükəsizliyi İdarəsinin sabiq rəisi, dövlət başçısının dayısı Kim Von Hon idi.

Qərb mediası keçən ildən bəri bildirirdir ki, Kim Von Hon həbs olunub, sonra da zenit topunun lüləsinin qarşısına bağlanaraq atəş nəticəsində tikə-tikə olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here