Kanar adalarında 140 sərnişin daşıyan bərə pirsə çırpılıb

0
314409

“Armas” şirkətinə məxsus 140 sərnişini daşıyan “Volcn de Tamasite” adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb.

VOİCEPRESS-in “TASS”a istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb.

Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here