Kanadanın müdafiə naziri Kiyevə silah verəcək

0
314590

“Kanada silah bazarını Ukrayna üçün açmaq niyyətindədir”. VOİCEPRESS-in “112 Ukrayna” kanalına istinadən verdiyi məlumata görə, bu sözləri Kanadanın müdafiə naziri Harcit Sinqh Sacan deyib. O, əlavə edib ki, silah bazarının açılması Kanada və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın növbəti mərhələsi olacaq.

Kanadanın müdafiə naziri Ukraynaya silahların hansı vaxtda veriləcəyini açıqlamsa da, bunun yaxında reallaşacağını bildirib: “Kanada və Ukrayna arasında münasibətlər unkiladır. Müdafiə sahəsində sazişin imzalanması bizə müxtəlif mövzular üzrə diskussiyaları daha məzmunlu etməyə imkan verəcək. Biz həmişə çalışırıq ki, irəli gedək. Müdafiə sazişi barədə razılığa gəlmək üçün sıx əməkdaşlıq edirik və birgə işi davam etdiririk”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here