Kanadanın Britaniya Kolumbiyası əyalətində qar uçqunu nəticəsində 5 nəfər ölüb.
VOİCEPRESS xəbər verir ki, xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 turistin meyiti aşkarlanıb.
Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.
VOİCEPRESS.AZ