Homeomezoterapiya nə deməkdir?

0
314064

Homeomezoterapiya nə deməkdir?

Müxtəlif məqsədlərlə istifadə edilən “akupunktura” və “homeopatiya” terminləri “homeomezoterapiya” anlayışında cəmlənir. Bu müalicə metodu zamanı xəstəyə dəriiçi yaxud dərialtı az miqdar biotənzimləyici peparatlar yeridilir və beləliklə, farmakoloji təsir ilə iynəbatırma təsiri kombinasiya olunur.Bu üsul Arndt-Şültsun geriyə effekt qanununa əsasıanır. Bu qanuna görə , canlı orqanizmə tətbiq olunan fiziki, kimyəvi təsirlər böyük dozalarda tormozlayıcı, orta dozalarda tənzimləyici, kiçik dozalarda –stimuləedici təsir göstərir. Homeomezoterapiyanın əsasını requlyator təbabətin iki istiqaməti – homotoksikologiya və akupunktura təşkil edir.
Homeomezoterapiya estetik təbabətdə tətbiq edilir və möhtəşəm nəticələr verir.
Homeomezoterapiya ilə qırışlar azalır, sellülit aradan qalxır, üz və bədən cavanlaşır.
Homeomezoterapiya ilə müalicə olunan problemlər:

Lokalizə olunmuş lipodistrofiya, yaxud odematoz –fibroz- sklerotik pannikulopatiya və ya sellülit
Qarın nahiyəsində piy toplanması

Üz dərisinin cavanlaşdırılması
Süd vəzlərinin möhkəmləndirilməsi
Süd vəzlərinin həcminin artırlması
Striyalar
Hipertrofiyalaşmış çapıqlar.
Venoz çatışmazlıq
Venaların varikoz genişlənməsi
Varikoz xoralar.
Flebitlər
Arterial qan dövranı pozulmaları

Homeomezoterapiya nə deməkdir?

Homeomezoterapiya proseduru üçün nə lazımdır?

– Biotənzimləyici preparatın fizioloji məhlulda durulaşdırılmasına ehtiyac yoxdur. Belə ki bu metod zamanı preparatın daxil edilən miqdarı deyil, onun keyfiyyəti əsas rol oynayır. Əgər inyeksiya olunacaq nöqtə düzgün seçilmişsə preparatın bir-iki damcısı da kifayət edir.

– Bir preparatın bir neçə ampulu istfadə edilməsi lazım deyil. Çünki, onlarda komponentlər eyni potensiyada olur.Biz şprisdə çox miqdar preparatın olmasından fayda görəsi deyilik.
Biorequlyator təbabətdə müxtəlif potensiyalardan istifadə etməklə təsir effektini gücləndirmək prinsipindən istifadə edilir. Əgər biz artrologiyada tətbiq edilən Diskus compositum istifadə ediriksə və onun tərkibindəki Cuprum D10 komponentinin təsir gücünü artırmaq üçün müxtəlif durulaşmalarda (D 12, D30, D200) olan Cuprum injeel ampulu əlavə etmək lazımdır.Bunun hesabına biz effektiv olaraq Cuprum siqnalını modulə edə bilərik və onun spazmolitik təsirini gücləndirə bilərik.

– Şprisə göstəriş olmadığı halda hoçeopatik anestetik əlavə etmək lazım deyil.( məs., Procainum compositum preparatının istifadəsi zamanı).Bu effektivliyi artırmayacaq.

– Allopatik anestetik istifadəsi də məsləhət görülmür. Belə ki, biokimyəvi və biofiziki təsirlərin qarışdırılması fayda vermir.

– Ağrı sindromu zamanı ilk seansda autohemoterapiya aparılması məsləhət görülmür: bu prosedurun üçüncü seans zamanı aparılması məqsədəuyğundur. Çünki, blokada olunmuş ferment reaksiyalarının bərpası və toksinlərin çıxması tədricən baş verir və kəskin pisləşmə olmur.

Xəstəliyin kəskin fazası nə qədər yüksək pikdə olarsa, o qədər az inyeksiyalar etmək məsləhət görülür.

1. Ağrı zonasına
— Mezoterapiyanın ənənəvi üsullarına riayət edərək xəstəlik olan yerlərdə mikroinyeksiyalar edilir: saçlar tökülərkən başın tüklü hissəsində,dermatit olan zaman əlin dış hissəsində və s.

2. Ağrının proyeksiyası yerində
— Məlumdur ki, bir çox xəstəliklər zamanı , məsələn, işiasda yaxud servikal braxialgiyada ağrı müəyyən nöqtələrdə meydana gəlir və məlum xəttlər üzrə yayılır.Belə hallarda mikroinyeksiyaları ağrının meydana gəldiyi yerdə yaxud onun əks olunduğu və bir birindən 2-3 sm aralı nöqtələrə etmək lazımdır.

3. Akupunktur nöqtəsinə

— Akupunktur nöqtəyə inyeksiya etmək hələ “ akupunktur seansı aparmaq “ demək deyil. Təcrübələr göstərmişdir ki, akupunktur nöqtələr terapevtik stimulyasiyaya həmişə müsbət cavab verir və bir çox xəstəliklərin müalicəsində daha yaxşı nəticələr alınması üçün istifadə edilə bilər.

4. Çapıq nahiyəsinə

— Çapıqlar energetik ötürücülüyün pozulduğu yerdir və uyğun olaraq terapevtik impulsun da ötürücülüyü burda pozulmuş olur. Çapıq impulsları nə qəbul etmir , nə də impulsları keçirmir.Müalicənin nəticələrini optimallaşdırmaqdan ötrü seansın başlanğıcında çapıq kənarlarına bazis terapiya üçün istifadə olunan həmin preparatlarla mikroinyeksiyalar olunur. Bu cür üsul müəyyən bir müddətə blok olmuş energetik kanalı açmağa imkan verir.Bu yolla bədəndəki bütün çapıqların işlənilməsi məsləhət görülür.

5. Orqan proyeksiyasına

— Zədələnmiş orqanın reflektor stimulyası üçün effektiv və sadə bir metod mövcuddur. Məsələn, qaraciyəri stimulyasiya etmək üçün mikroinyeksiyalar sağ qabırğa altı nahiyədə qaraciyər proyeksiyası səviyyəsində aparılır.

Homeomezoterapiya estetik təbabətdə tətbiq edilir və möhtəşəm nəticələr verir.

VOİCEPRESS xəbər verir ki, bütün bu və ya başqa xəstəliklərinizlə Bioloji Təbabət klinikasına müraciət edə bilərsiniz. Burada sizi müasir avadanlıq, peşəkar həkimlər böyük qayğı ilə qarşılayacaq və sizə sağlamlığınızı yenidən bərpa eməyə yardım edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here