“Heyvan sənsən, sənin…” – Dəməşqdən Trampa cavab

0
314574

ABŞ prezidenti Donald Trampın bu bəyanatı əxlaqsızlıq, tərbiyəsizlikdir. Ona demək istərdik ki, əgər sən özün heyvansansa, başqalarının da belə olmasını düşünməməlisən. Heyvan sənsən, sənin kimi düşünənlərdir.
Suriyanın XİN başçısı Valid Müəllimin köməkçisi Ayman Sussan ABŞ prezidenti Donald Trampın Suriya prezidenti Bəşər Əsəd barədə dediklərini belə şərh edib.

VOİCEPRESS
Al Jazeera-ya istinadən bildirir ki, A.Sussanın dediyinə görə, Bəşər Əsəd suveren, müstəqil dövlətin prezidentidir və xalq tərəfindən seçilib: “Onun hərəkətlərini, siyasətini də Tramp və onun kimiləri yox, Suriya xalqı qiymətləndirə bilər”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibəsində Suriyadakı əş Şayrat aviabazasının Aralıq dənizindəki iki gəmidən buraxılmış 59 Tomahawk qanadlı raketləriylə vurulması ilə bağlı situasiyanı şərh edəndə demişdi: “Rusiya prezidenti Vladimir Putin Suriya prezidentini, bu çox pis insanı dəstəkləyir. Bu isə Rusiya üçün, bəşəriyyət üçün çox pisdir. Dinc insanların olduğu yerə kimyəvi bombalar atılır, uşaqlar ölür, əlsiz, ayaqsız, qolsuz qalırlar. Əsəd heyvandır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here