Hacıbala Abutalıbov Nazarbayevə Bakını seyr etdirdi

0
313650

Qazaxıstan prezidenti Şəhidlər və Fəxri Xiyabanda olub

VOİCEPRESS xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev Şəhidlər xiyabanını ziyarət edib. Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Nazarbayev Bakının mənzərəsini seyr edib, ona xiyabanın tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Qazaxıstanın dövlət başçısı Fəxri xiyabanda da olub. O, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here