Güclü külək cənub bölgəsində fəsadlar yaratdı: hasarlar uçdu, ağaclar kökündən qopdu

0
303599

Cənub bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

Cənub bölgəsində külək yaşayış evlərinə, elektrik və rabitə təsərrüfatına ciddi ziyan vurub.

VOİCEPRESS xəbər verir ki, Masallıda irigövdəli ağaclar kökündən çıxaraq, yola aşıb. Aidiyyəti qurumlar Masallı-Boradigah şosesinin Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yolu ağaclardan təmizləyib, nəqliyyatın hərəkəti bərpa olunub.

Rayonda bir neçə hasar və bir yarımtikili uçub. Bu gecə yalnız Masallının mərkəzinin elektrik enerjisi ilə təchizatı mümkün olub. Rayonun 80 faizinə elektrik enerjisi bu gün səhər saatlarında verilib.

Yardımlıda isə bir neçə yaşayış evinin dam örtüyünə ziyan dəyib, elektrik dirəkləri aşıb.

Hazırda bölgədə külək səngiyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here