Flora Kərimova: “Araz Əlizadə əcəb edir!”

0
313719

Xalq artisti Flora Kərimova millət vəkili Araz Əlizadənin “Feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır” fikrinə münasibət bildirib.

VOİCEPRESS bildirir ki, Flora Kərimova teleqraf.com-a açıqlamasında millət vəkilini dəstəklədiyini deyib: “Sosial şəbəkəni idarə edə bilmirəm. Səhifəmi də cavan dostlarım idarə edir. Araz Əlizadə nə deyirsə, düz deyir. O sözləri lap elə mənim üvanıma da deyirsə, əcəb edir. Onun sözlərini öz ünvanıma deyilən söz kimi qəbul edirəm və haqq qazandırıram. O, mənim dostumdur, nə desə mənə qəbuldur. Onun heç bir fikrini şübhə altına alıb müzakirə etmək fikrində deyiləm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here