Fikrət Yusifov: “ABŞ-ın yeni Prezidentinin Azərbaycana maliyyə yardımların azaldılması ilə bağlı məlumatların heç bir əsası yoxdur”

27 Aprel, 09:44

ABŞ-n yeni Prezidentinin Azərbaycana maliyyə yardımların azaldılması ilə bağlı qərar qəbul etməsinə dair mətbuat səhifələrində dolaşan məlumatların heç bir əsası yoxdur.
Bunu VOİCEPRESS-ə ABŞ prezidenti D.Trampın Azərbaycana maliyyə yardımını kəsəcəyi bəyənatını şərh edən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. O, qeyd edib ki, burada söhbət ayrıca götürülmüş bir ölkəyə maliyyə yardımının azaldılmasından deyil, bütövlükdə başqa dövlətlərə edilən yardımın əsaslı şəkildə azaldılmasından gedir: “D.Trampın adminstrasiyasının rəhbərliyi başqa ölkələrə maliyyə yardımının azaldılması ilə bağlı xüsusi açıqlama da verib. Açıqlamada deyilir ki, ağ evin yeni rəhbərliyi xarici ölkələrə edilən yardımın əsaslı şəkildə azaldılması və əldə olunan qənaətin hərbi xərclərə yönəldilməsi qərarına gəlib. ABŞ-ın hərbi xərcləri 604,5 milyard dollar təşkil edir. D.Tramp yeni büdcə layihəsində ABŞ-ın hərbi xərclərinin 54 milyard dollar artırılmasına göstəriş verib. Görünür D.Tramp dünya düzənində hərbi yolla yeni dönüşlərin edilməsi qərarına gəlib və bu məqsədilə də hərbi aktların qaçılmaz olacağı qənaətindədir. Şimalı Koreya sərhədlərinə ABŞ-n hərbi dəniz qüvvələrinin yaxınlaşması, Suriyaya hərbi müdaxilənin yeni formada davam etdirilməsi artıq bu məsələlərdə ABŞ rəhbərliyinin mövqeyinin ciddiliyindən xəbər verir”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here