“Exit-pol”un nəticələri açıqlandı – Sarkisyanın partiyası öndədir

0
314196

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar “Erkir media” telekanalının sifarişi əsasında “Baltic Surveys/The Gallup Organization” şirkətinin keçirdiyi “exit-pol”un nəticələri açıqlanıb.

VOİCEPRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, “Exit-poll” 125 məntəqədə 19130 seçici arasında keçirilib.

Hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku 25 faiz, “Yelk” bloku 10 faiz səs toplayıb. Dördüncü yerdə yeddi faiz səslə “Daşnaksutyun” partiyası qərarlaşıb.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here