Əsəd: “Bu savaşı qazanmasaq, Suriya xəritədən silinəcək”

0
314126

Suriya lideri Bəşər Əsəd Xorvatiyanın “Vecernji List” qəzetinə müsahibə verib.

VOİCEPRESS “Sputniknews”a istinadla xəbər verir ki, Əsəd müsahibəsində ölkəsindəki terrorçu qrupların məğlub edilmədiyi təqdirdə Suriyanın xəritədən silinəcəyini söyləyib.

“Ümidimiz gedərək artır. Bu da inanclarımızla bağlıdır. İnanc olmasa, ümid də olmaz. Nə olursa olsun, qələbə qazanmaqdan başqa seçimimiz yoxdur. Bu savaşı qazanmasaq, Suriya xəritədən silinəcək”.

“Bəzi qərb ölkələri də daxil olmaqla bir neçə dövlət cihatçıları dolayı, ya da bilavasitə dəstəkləyir. Əslində, terrorçuların üzərində qələbə qazanmağımız, onları dəstəkləyən ölkələrə qarşı zəfər çalmağımız deməkdir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here