Ermənistanda seçki biabırçılığı ABŞ- ın diqqətində

0
314098

ABŞ- ın Ermənistandakı səfirliyi aprelin 2-də Ermənistanda keçirilən seçki ilə bağlı bəyanat yayıb. VOİCEPRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ABŞ səfirliyi parlament seçkisində təzyiqlər və rüşvətə işarə vurub.

Yerli və xarici müşahidəçilərin, eləcə də şikayətçilərin müraciətlərinin araşdırılması davam edir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlamentdə təmsil edilməyə 4 partiya və siyasi blok haqq qazanıb. 2009 seçki məntəqəsinin nəticələrinin hesablanmasından sonra hakim “Respublika” partiyası 49, 15 faizlik səslə liderdir. Parlamentdə həmçinin “Yelk”,”Sarukyan” blokları, “Daşnakstyün” təmsil ediləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here