Fransanın Böyük Şərq mason lojasının ali magistrı Kristof Abas müstəqil mason lojası yaratmaq üçün Ermənistan səfər edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə “Aravot” qəzetinə ali magistrin özü deyib.
“Franasa olmuş və mason lojalarını görən erməni dostlarımız öz ölkələrində də düşüncə və iş mərkəzi olacaq loja yaratmaq arzularını ifadə ediblər”.
Abas lojanın hansı tarixdə yaradılacağını deməyib. Böyük Şərq lojası 1773-cü ildə yaradılıb və Fransanın ən qədim lojalarından biri sayılır.
VOİCEPRESS.AZ