Hökumətin istefasının konstitusiyanın tələblərinə uyğun olduğu bildirilir
Ermənistan hökuməti başda Karen Karapetyan olmaqla yaxın günlərdə öz səlahiyyətlərindən imtina edəcək.
VOİCEPRESS-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Past” (Fakt) qəzeti xəbər yayıb.
Bildirilir ki, baş nazir Karen Karapetyanın istefa verməsi konstitusiyanın tələblərinə uyğundur.
“Nazirlər Kabinetində böyük dəyişikliklər olacaq”, – deyə yayılan xəbərdə bildirilir.
Qəzet onu da əlavə edib ki, Karapetyanın baş nazir olduğu 5-6 ay müddətində heç bir inqilabi dəyişiklik həyata keçirilməyib.
VOİCEPRESS.AZ