“Qoşunların təmas xəttində nə qədər oliqarx oğlunun hərbi xidmət keçdiyini bilmirəm. Çünki hüquqi cəhətdən “oliqarx” anlayışı müəyyən edilməyib.”
VOİCEPRESS–in məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bununla yanaşı o bildirib ki, ön xətdə yalnız kasıb ailələrin övladlarının hərbi xidmət keçdiyi barədə səsləndirilən fikirlər əsassızdır.
“Ölkədə əhalinin kasıb təbəqəsi üstünlük təşkil edir. Bu səbəbdən də sərhəddə qulluq edən əsgərlərin çoxu aztəminatlı ailələrin övladlarıdır”, – deyə nazir bildirib.
Ermənistanda əhali oliqarx övladlarının ön xətdə deyil, İrəvanda hərbi xidmət keçməsinə etiraz edir. Son günlər isə bu məsələ KİV-də də geniş şəkildə işıqlandırılır.
VOİCEPRESS.AZ