Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır

26 Aprel, 14:31

Müntəzəm olaraq keçirilən bu və ya digər beynəlxalq tədbirlərdə, konfrans və toplantılarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışları, ortaya qoyduqları faktlarla erməni yalanlarını ifşa edir, onların böhtan, qərəz dolu fəaliyyətlərini əngəlləməyə nail olurlar.
Bu günlərdə anoloji hadisə Cenevrədə təkrar olunub. Məlum olduğu kimi aprelin 24-dən Cenevrədə BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 92-ci sessiyası öz işinə başlayıb. Mayın 12-dək davam edəcək sessiyada 6 dövlətin o, cümlədən Ermənistanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı dövrü hesabatlarına baxılacaq. Sessiyada iştirak edən Vətəndaşların Əmək Hüquqlarının Liqasının sədri Sahib Məmmədov bildirib ki, Ermənistanın dövrü hesabatı başdan ayağa yalan və sxata məlumatlar əsasında qurulub. O, qeyd edib ki, irqi ayrı-seçkiliyin dövlət siyasəti olduğu ölkənin dövrü hesabatı başqa cür ola da bilməzdi: “Bu saxtakarlığı ifşa etmək üçün təmsil etdiyim təşkilat Ermənistanın dövrü hesabatına alternativ hesabat təqdim edib və həmin hesabat BMT İnsan Hüquqları üzrə Ali Komissarın rəsmi veb səhifəsində Ermənistanın hesabatı ilə birgə yerləşdirilib”. Təşkilat rəhbəri əlavə edib ki, Ermənistan 27-28 aprel tarixlərində dinləniləcək: “Amma biz daha bir fürsətdən yaralandıq. 25 aprel tarixində Komitə üzvləri üçün brifinqdə bəyanatla çıxış etdim və hesabatda sual doğuran bəzi məslələri Komitə üzvlərinin diqqətinə çatdırdım. Bəyanat həmçinin ingilis və rus dillərində komitə üzvlərinə təqdim edildi. Bəyanatda qeyd edilir ki, Ermənistanın Kütləvi informasiya vasitələri, o cümlədən dövlətə məxsus televiziya və agentliklər, digər media orqanları Azərbaycan xalqı (Azəri türkləri) əleyhinə nifrət oyadan, xalqı aşağılayan verlişlərə və yazılara geniş yer verir. Ermənistan dərsliklərində türk xalqına qarşı nifrəti aşılayan və tarixi keçmişi təhrif olunmuş şəkildə təqdim edən dərs matreallarına geniş yer verirlir: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında Azərbaycan hökumətinin irqi-ayrı seçkiliyə aid olan dərs matreallarının müəyyən olunması məqsədi ilə hər iki ölkənin dərsliklərinin araşdırılması ilə bağlı birgə komissiyanın yaradılması ilə bağlı təklifi Ermənistan rəsmi dairələri tərəfindən ignor edilmişdir. Mənşəcə Azərbaycanlı (türk) olan, lakin başqa dövlətlərin vətəndaşları olan azərbaycanlıların (türklərin) ölkəyə girişinə qadağa qoyulmuşdur. Ermənistanla həmsərhəd olan Gürcüstanda Ermənstana bitişik olan rayonların əhalisinin əksəriyyəti (150 000 nəfərdən artıq) etnik azərbaycanlılardir. Gürcüstan vətəndaşları üçün Ermənistana vizasız gediş-gəliş olsa da, etnik azərbaycanlıların bu ölkəyə girişi qadağandır”. Bəyanatda həmçinin diqqətə çatdırılır ki, bir qrup Azərbaycan və Erməni ictimai xadimləri ilə birləşərək “Ermənistan-Azərbaycan Sülh Platforması”-nı təsis edilib: “Bu platformaya qoşulan erməni hüquq müdafiəçiləri və ictimai xadimləri öz ölkələrində təqiblərə məruz qalır. Belə ki, Dağlıq Qarabağdan olan gənc fəal Lusine Nersisyan Sülh Platformasına qoşulduqdan sonra, erməni güc strukturları tərəfindən saxlanıldı. Bir gün sonra isə azad olunaraq platformaya qoşulması haqda təkzib verdi.

Platformaya qoşulmuş digər bir gənc Sergey Culakyan Sülh Platformasına qoşulduğu üçün ona qarşı təqiblər artmışdı. Bu səbəbdən də Sergey Culakyan məcbur olub Ermənistanı tərk etmişdi. Bundan əlavə Tamella Arzumanyan Sülh Platformasına qoşulduğu üçün ona və ailəsinə qarşı təqiblər artmışdı. Ailəsi dəfələrlə təhdid olduğu səbəbi ilə məcbur olub ailəsi ilə birlikdə Ermənistanı tərk etmişdi. Azərbaycanla istənilən dialoq və digər təşəbbüslər göstərənlər repressiyalara məruz qalırlar. Ermənistan ərazisinda olan minlərlə tarixi, mədəni, arxitektura əhəmiyyətli abidələr tamamilə dağıdılmış, bir qısmı isə rekonstruksiya edilərə ya erməniləşdirilmiş, ya da başqa xalqlara məxsus abidə kimi təqdim edilir. Toponomik adlar və akronimlər tam dəyişdirilmişdir. Yalnız 1924-1988-ci illər ərzində 1000-dən çox toponomik adlar dəyişdirilmişdir. 2006-cı ildə 57, 20007-ci ildə 21 yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Hazırda Ermənistan ərazisində bir dənə də olsun Azərbaycan və türk mənşəli topnomik adlar qalmamışdır. Halbuki son 100 ilin əhalinin etnik tərkibinə baxdıqda əhalinin əksəriyyətini Azəri türkləri təşkil etmişdir. 1988-ci ildə son deoprtasiya zamanı Ermənistanı 320000 nəfərdən artıq Azəri türkü tərk etmişdir”. Sahib Məmmədov Komitə üzvlərindən Ermənistan Respublikasının rəsmi nümayəndə heyətinə bir sıra suallar verilməsini xahiş edir: “Ötən yüzillikdə Ermanistan ərəazisizndə ən çoxsaylı milli azlıq Azərbaycanlıar (Azəri terkləri) olmuşdur. Hazırda orda azərbaycanlı yaşamır. Bunun səbəbi nədir? Ermənistan tərəfi bildirir ki, Ermənistan tv-lərində həftə ərzində Azərbaycan dilində verlişlər yayılır. Hazırda Ermənistanda bir nəfər də azərbaycanlı yaşamadığı halda bu yayım kimin üçündür və nə üçündür, məqsədi nədir? Nəzərinizə çatdırım ki, son deportasiya zamanı 300 000-dən artıq azərbaycanlı deportasiya olunmuşdur və hazırda orada bir nəfər də azərbaycanlı yaşamır. Hazərda Ermənistanda yaşayan bütün milli azlıqların cəmi sayı təqribən hazırda Azərbaycanda yaşayan etnik ermənilərin sayı qədərdir. Bu monoetnik siyasətin məqsədi nədir? Ermənistan hazırda regionda yeganə monoetnik ölkədir və ordada tarixən məskunlaşmış xalqların demək olar hamısı müxtəlif vaxtlarda indiki Ermənistan ərazilərindən qovulmuşdur. Hazırda ölkə əhalisinin 98,1 faizini ermənilər təşkil edir. Beləliklə Ermənistan BMT-nin İrqi-ayrı seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın bütün müddəalarını pozur və beynəlxalq öhdəliklərinə etinasız yanaşır”.(olaylar)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here