VOİCEPRESS xəbər verir ki, bunu 2016-cı ilin aprel hadisələri zamanı cəbhənin Talış-Madagiz istiqamətindəki döyüşlərdə iştirak etmiş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ruslan Hacıyev deyib.
Onun sözlərinə görə, aprelin 2-nə keçən gecə düşmən Talış-Madagiz istiqamətində kəşfiyyat-təxribat qruplarından istifadə edərək bizim mövqelərimizə müxtəlif yerlərdən qəfildən hücum edib:
“Buna baxmayaraq, Azərbaycan ordusunun mərd zabit və əsgərləri ermənilərin bu hücumunun qarşısını aldı, nəticədə onları çoxsaylı itki verərək geri çəkilməyə məcbur etdi. Bu hadisə bölmələrimizin necə ayıq-sayıq xidmət aparmasının bir daha sübutu idi. Ali Baş Komandanımızın dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, millətin həmrəyliyini göstərdi.
Düşmənin aprel döyüşləri zamanı mövqelərini qoyub qaçmasının əsas səbəbi odur ki, erməni hərbçiləri arasında mənəvi-psixoloji vəziyyət çox aşağı səviyyədədir. Onlarda komandir və rəis heyətinə inam yoxdur, o torpaqlar ermənilərin olmadığı üçün onun qədrini bilməyəcəklər. Həmin döyüşlərdə bir əsgərimiz belə döyüşdən yayınmadı, bəhanə edib geri çəkilmədi. Əksinə, hamı döyüşdə iştirak etməyə can atırdı. Məhz bu döyüş ruhu bizə Madagiz-Talış iqtisamətində sttareji yüksəklikləri geri qaytarmağımıza, bununla da düşmənin yerləşdiyi ərazidə dərinliklərdə, yollarda onların fəaliyyətini nəzarətdə saxlamağa, onların təxribat qruplarının basqın və hücumlarının qarşısını almağa imkan verdi”.
VOİCEPRESS.AZ