Ərdoğandan Kərkük bəyanatı: “Bura mənimdir”

0
313919

Xəbər verildiyi kimi, Kərkük şəhəri Şimali İraq Kürd Muxtariyyatına birləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq rəhbərliyinin Kərkükdə dövlət binalarına kürd bayrağı sancmasının işğal olduğunu ifadə edib.

VOİCEPRESS xəbər verir ki, Türkiyə prezidenti açıqlamasında “Bura mənimdir, bir addım atsanız, bunun əvəzi gələcəkdə ağır olacaq” deyib.

Kərkük mövzusunda Şimali İraq rəhbərliyini növbəti dəfə xəbərdar edən Ərdoğan buradakı prosesləri işğal faktı kimi qiymətləndirib.

Onun sözlərinə görə, əməliyyatların İraq ölçüsü də var: “Bu işin əslində “Fərat Qalxanı” əməliyyatının birinci mərhələsi bitdi. Bu “Yol xəritəsi”nin adı məlum olmayan ikinci, üçüncü mərhələləri olacaq. Prosesin İraq hissəsi var. İraqda, Mosulda soydaşlarımız var. Onların bir baza olaraq işlərini icra edən əsgərimiz var. Hal-hazırda bu hərbi bazamızda xüsusilə “Ninova Keşikçiləri”adlandırdığımız hərbçilərin yetişdirilməsi işi davam etdirilir. Onlar eyni zamanda da peşmərgəyə təlim keçiblər. Bu işlər davam edir.

Bu müddətdə İŞİD üst-üstə ciddi zərbələr alıb”- prezident belə deyib. Rəcəb Tayyub Ərdoğan kürd bayrağını endirməyə çağırış edib. O, Kərkükdə kürd bayrağı qaldırılmasının əvəzinin çox ağır olacağını bəyan edib: “Tarix etibarilə Kərkük Türkmən şəhəridir.

Burada ciddi əhali dəyişiklikləri oldu. Hazırda onların atdıqları addımlar işğal hərəkətləridir və çox çirkindir. İraq rəhbərliyinin şərhini dəstəkləyirik. Şimali İraq rəhbərliyinə də çağırış etdim. Səhv edirsiniz. Burada İraq bayrağı dalgalanmalı və hər kəs qardaşca yaşamalıdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here