Ərdoğan və Putin razılığa gəldi

0
313798

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı zamanı iki ölkə arasında mövcud olan problemin həll edilməsi üçün razılığa gəldiyini bildirib.

VOİCEPRESS-in “haber7”-yə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, Rusiyadan Türkiyəyə çarter reyslərinin həyata keçirilməsində ciddi problemlər var.

“Ötən gün Ərdoğan və Putin arasında telefon danışığı olub. Prezidentlər regiondakı problemlərlə yanaşı iki ölkə arasındakı problemləri də müzakirə ediblər. Keçən il çarter uçuşlarında daha böyük problemlərlə üz-üzə idik. Rus turistlər Türkiyəyə istirahət etməyə gəlmək istəyirlər. Çarter uçuşlarındakı problemi həll etmək üçün Ərdoğan və Putin razılığa gəliblər. Baş nazirin müavini Mehmet Şimşek bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Rusiya tərəfinin dəvəti ilə aprelin 18-də Moskvaya səfər edəcək”, – deyə Çavuşoğlu bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here