Ərdoğan İdlibdəki kimyəvi hücumun arxasında kimlərin durduğunu araşdırmağa çağırıb

0
314406

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın İdlib əyalətində kimyəvi silahdan istifadənin arxasında əslində kimlərin durduğunu araşdırmağa və araşdırma nəticələrinin əsasında qərar verməyə çağırıb.

VOİCEPRESS xəbər verir ki, Ərdoğan bu fikri “Haber 7” telekanalının efirində səsləndirib.

“Gəlin, nəhayət, bölgədə kimlərin dost, kimlərin isə düşmən olduğunu aydınlaşdıraq. Buna uyğun da addımlarımızı ataq”, – deyə Ərdoğan qeyd edib.

Ərdoğan İdlibdə kimyəvi silahdan istifadə edilməsi məsələsini Rusiya prezidenti ilə müzakirə etdiyini, lakin qarşı tərəfdən konkret cavab almadığını bildirib:

“Hörmətli Putin iki gündür bu işin arxasında Əsədin olduğunu anlamır və bu, çox üzücüdür”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyi bildirilib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.

Suriya XİN rəhbəri Valid Müəllem silahlı qüvvələrin heç vaxt dinc sakin və terrorçulara qarşı kimyəvi silahdan istifadə etməyib və istifadə etmək niyyətində deyil.

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Suriya ordusunu kimyəvi silahdan istifadə etməkdə ittiham edir. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here