Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək

0
314340

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək “Vişeqrad Qrupu” və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

“Vişeqrad Qrupu” və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here