Ekspert: “Azərbaycan İslam dünyasında sülhməramlı rolunu gücləndirəcək”

5 Aprel, 15:21

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələrini, o cümlədən bu gün aralarında fikir ayrılıqları olan ölkələri bir meydançaya toplayacaq.
VOİCEPRESS
xəbər verir ki, bunu trend-ə Türkiyənin “Strategic Outlook” Beynəlxalq Araşdırma Mərkəzinin prezidenti Yusif Çinar deyib.

Onun sözlərinə görə, bu gün İslam dünyası çətin günlərini yaşayır.

Y.Çinar müsəlman ölkələri arasında mövcud olan gərginliyin səbəblərindən biri kimi bir neçə il əvvəl İranda keçirilməli olan II İslam Oyunlarının ləğv edilməsini göstərib: “IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Bakının müsəlman dünyasında sülhməramlı rolunu daha da gücləndirəcək”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here