Ekspert: “AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək”

26 Aprel, 13:15

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, ötən il Türkiyə və Avropa İttifaqı (Aİ) sıx əməkdaşlıq ediblər:

“Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi, amma indi həm Aİ-də, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Aİ-ni məhkəməyə vermək hüququna malikdir”.

Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here