Egemen Bağış: “AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir”

27 Aprel, 13:39

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil.
VOİCEPRESS
xəbər verir ki, bunu trend-ə müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

Onun sözlərinə görə, AŞ PA-nın bu qərarı Türkiyəyə qarşı çalışan lobbiçilərin işidir. “Artıq uzun müddətdir ki, Avropa ölkələrində antitürkiyə lobbisi mövcuddur. Onlar Avropa ölkələrinin parlamentlərində Türkiyə barədə dezinformasiya yayırlar”.

Keçmiş nazir qeyd edib ki, Türkiyə ilə münasibətləri möhkəmləndirmək əvəzinə AŞ PA müəyyən qüvvələrin təsiri altında bu qərarı qəbul edib. O, bu qərarın gözlənilməz olmadığını deyib.

E.Bağış vurğulayıb ki, Türkiyə bu lobbiyə qarşı işini davam etdirməlidir və Avropanı bu ölkədəki reallıqlarla tanış etməlidir.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here