Hollandiya çempionatında ötən gün dünyanın maraqla gözlədiyi derbilərdən hesab edilən PSV-Ayaks matçı qalmaqallı olaylarla günə damğasını vurub.
VOİCEPRESS Milliyet-ə istinadən xəbər verir ki, “PSV Eyndhoven” tərəfdarları “Ayaks”la oynanılan derbi matçına etiraz məqsədi ilə səs bombaları atıblar və pankartlara od vurublar. Hakimin atılan bombalar sonrası dayandırdığı matçın 51-ci dəqiqəsində 5 nəfər xəstəxanaya çatdırılıb.
Bir müddət ara sakitləşdikdən sonra davam edən derbidə sevinən tərəf “ev sahibləri” PSV olub (1-0 ).
VOİCEPRESS.AZ