Dünya Hemofiliya Günü qeyd olundu

0
314041

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının konfrans zalında Dünya Hemofiliya Gününə həsr edilmiş hesabat xarakterli toplantı təşkil olunub.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Mətbuat katibi Fuad Rəsul VOİCEPRESS-ə bildirib ki, tədbirdə hemofiliya sahəsində çalışan həkim və alimlər, dövlət və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər:

“Toplantıda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov məruzə edərək ötən ilin aprel ayından bu ilin aprel ayına kimi assosiasiyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Assosiasiya 1997-ci ildən hemofiliyalı uşaqlarımıza mənəvi dəstək, onlara qan və onun komponentləri ilə yardım məqsədi ilə fəaliyyət göstərir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının və onun xanımı, 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlar yüksək keyfiyyətli dərman preparatları ilə müalicə olunur, təhsil alır, işləyir və ailə qururlar. Bir sözlə onlar sağlam həyat tərzi sürürlər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 Aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün Azərbaycanda 17 Aprel Günü 1999-cu ildən qeyd edilir. Hemofiliya irsi qan xəstəliyidir, qanda laxtalanma sisteminin pozulması ilə müşahidə olunur. Əsas təhlükəli qanaxmalar beyindaxili qanxmadır. Bu zaman hər hansı baş-beyin zədələnməsindən baş verən qansızma həyatı təhlükəlidir. Yaxud həmin xəstələrə vaxtında dərman preparatları çatmazsa, onlar ömürlük əlilliklə üzləşirlər.

Qeyd edək ki, ötən illərlə müqayisədə bu gün Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb. Belə ki, əgər 2002-ci ildə bu xəstəlikdən əziyyət çəkən 916 nəfər var idisə, keçən il bu rəqəm 1541 nəfər olub. Bu gün ölkədə 1 103 nəfər hemofiliya A, 132 nəfər hemofiliya B, 206 nəfər isə digər qanın laxtalanma pozuntuları ilə xəstəliyindən əziyyət çəkir”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here