DTX, DİN və Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

0
314583

Prezident İlham Əliyev “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

VOİCEPRESS bildirir ki, 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilsinlər.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here