Dmitri Peskov təhdid etdi: “Bu sizin işiniz deyil”

0
314633

Rusiyanın Şimali Koreya sərhədinə hərbi texnika yeritməsindən sonra rus bombardmançı təyyarələri də 4 gecə dalbadal Alyaska sahilləri üzərində uçmağa başladı.

VOİCEPRESS xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Şimali Koreya sərhədinə qoşun göndərilməsi Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov tərəfindən də təsdiqlənib.

“Qoşunların ölkə daxilində rotasiyası ictimailəşdirilmə kateqoriyasına aid deyil. Hər ölkə öz təhlükəsizliyi üçün beynəlxalq aləmdə baş verənlərə reaksiya verir”, – Peskov deyib.

“Foks Nyus” Peskovun sözlərini “Bu, sizin işiniz deyil” kimi analiz edib.

“Unutmaq lazım deyil ki, bütün bunlar Suriya hökumətinin öz təyyarələrini Rusiya aviabazasının yaxınlığına yığmasını öyrəndiyimizdən sonra baş verdi. Məmurlar bildiriblər ki, bu addım ABŞ-ın yeni raket hucumundan qorunmaq üçün atılıb”, – kanal bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here