DİM: İmtahana buraxılış vərəqəsi verilir

0
314207

Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün DİM-in saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here