Daşkənddə NATO-nun bürosu bağlandı

0
314090

NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.

VOİCEPRESS bildirir ki, bu barədə büronun əməkdaşı RİA Novosti-yə bildirib.

Büronun bağlanmasına səbəb kimi alyansın bu regionda təmaslar üzrə strukturunda dəyişikliklər göstərilir.

Alyansın Daşkənddəki ofisinin bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul olunub. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması büdcəyə daxili baxılma ilə bağlıdır və siyasi xarakter daşımır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here