“Çoxlu insan işsiz qaldı, pullar “qara bazar”da fırlandı”

25 Aprel, 14:10

“Azərbaycanda 1 ilə yaxındır ki, valyuta dəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi. Vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik”.

VOİCEPRESS xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında “Valyuta tənzimi haqqında” qanun layihəsinin müakirəsi zamanı komitə sədri Siyavuş Novruzov deyib. Komitə sədri çıxışı zamanı ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib:

“Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin”.

Ölkəmzidə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını dilə gətirən deputat qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insan işsiz qaldı, pullar isə qara bazarda fırlandı.

“Bundan əvvəl valyutadəyişmə məntəqlərinin yerləri var və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımızın istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bər edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyutadəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə durur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur”

S. Novruzov bildirib ki, valyutadəyişmə məntəqələri depozit qoymamalıdırlar.

“ Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarını dövlət özü qarant verir. Çünki, onları elə system əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here