VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, dinozavr yumurtaları Argentinanın cənubunda Heyken əyalətində aşkarlanıb. Yumurtaların 70 milyon yaşı olduğu bildirilir.
Yumurtaların daxilində dinozavrların embrion qalıqları tapılıb. Bu kəşfin alimlər üçün böyük əhəmiyyətə malik olduğu bildirilir. Yumurtalardan analizlər də götürülüb. Onların bizim vaxtımıza qədər gəlib çıxmasına səbəb kimi ərazinin bataqlıq olması göstərilib.
Yumurtaları ərazidə yaşayan yerli çoban taparaq müvafiq qurumlara xəbər verib. Bu ərazilərdə alimlər 1997-ci ildə qədim sürünənlərin sümüklərini tapıblar.
VOİCEPRESS.AZ