Çexiya qaçqınları qəbul etməyəcək

0
314304

Çexiya bəyan edib ki, Avropa İttifaqının bölgüsündə bu ölkənin payına 1600 nəfər qaçqın qəbul etmək öhdəliyi düşsə də, ölkə 12 nəfərdən artıq qaçqını ərazisinə buraxmayacaq.

VOİCEPRESS bildirir ki, bunu Çexiyanın xarici işlər naziri Milan Hovanets deyib və əlavə edib ki, bu fikrindən Çexiyanı Aİ-nin bir neçə milyon avroluq cərimə sanksiyaları da döndərə bilməyəcək.

Nazirin sözlərinə görə, məsələ ilə bağlı yekun qərarı Çexiya hökuməti verəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here