Cəlilabad sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilib

0
313801

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here