Cəlil Xəlilov: “Onunla bağlı film gənclərimizə böyük bir töhfə olar”

0
314030

Mediada yer alan məlumatlara görə, politoloq Ramiz Alıyevin idea müəllifliyi ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan “Renk Media” Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” adlı filmin çəkilişinə başlayacaq. Maraqlıdır, M.İbrahimov və digər qəhrəmanlarımızla bağlı bu cür filmlərin çəkilməsi onların təbliği, cəmiyyətdə hərbi vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
VOİCEPRESS moderator.az-a istinadən xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu cür addımların çox böyük önəm kəsb etdiyini vurğulayıb:
“Bu, olduqca vacib məsələlərdən biridir. Biz gənclərimizi Mübariz kimi yetişdirmək üçün onun həyat yolunu, xidmət yolunu, qəhrəmanlıqlarını öyrənməli, bunları təbliğ etməliyik. Bunun üçün isə Mübarizi Azərbaycan xalqı, Azərbaycan gənci, Azərbaycan məktəbləri tanımalıdır. Onun atdığı addım hər bir azərbaycanlıya nümunə olmalıdır. Onun döyüş yolu və qəhrəmanlıqlarını əks etdirən film hər bir insanın vətənpərvərlik ruhuna köklənməsi, orduda mənəvi-psixoloji hazırlığın yüksəlməsi, əsgərlərimizin ordu hazırlığına böyük bir töhfə ola bilər.
Sovetlər dönəminə məxsus “Zabit” filminə baxanda insan riqqətə gəlir. Insan istəyir ki, silah götürüb cəbhəyə getsin, düşmənlə döyüşsün. Bu baxımdan, mən belə filmləri yüksək qiymətləndirir və onu olduqca əhəmiyyətli hesab edirəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here